“Gözündə yaş görmək istəmirəm...” - Fotolar

“Gözündə yaş görmək istəmirəm...”
Oxunma sayı: 4837

Pop ulduz Kənan Doğulu ilə gərgin anlar yaşayan aktrisa Beren Saata həmkarı Nebahet Çehre dəstək olub. 

“Qafqazinfo” xəbər verir ki, əfsanəvi “Aşk-ı memnu” serialının Firdevsi sözügedən layihənin Bihteri ilə çox görüşmədiyini, lakin bir ana kimi hər zaman onun yanında olduğunu vurğulayıb.  N. Çehrenin dəstəyi ailəvi problemi olan Berenin instaqramda gözü dolu biri foto paylaşından sonra başlayıb. 

O, sözügedən paylaşıma “O gözəl gözlərin heç vaxt nəmlənməsin” şərhini yazıb.  Həmin rəy 32 mindən çox insan tərəfindən bəyənilib. Beren isə həmkarının şərhinə "artıq kimsə getməsin" -deyə bildirib. 

Nebahat daha sonra KİV nümayəndələri ilə görüşü zamanı B.Saat barədə açıqlama verib.  O, jurnalistlərin “Berenlə görüşüb dərdləşmisiz?” sualını belə cavablandırıb:

“Beren mənim qızımdır. Çox sevdiyim bir insandır. Onun ən xırda kədəri məni də pərişan edir. Güman edirəm ki, xoşbəxt olacaq. Onun gözündə yaş görmək istəmirəm. Bu aralar görüşə bilmirik, amma eyni salona gedirik, tez-tez rastlaşırıq. Görüş barədə danışırıq, amma işlərin çoxluğundan vaxt tapa bilmirik. Bir dost, ana, böyük bacı kimi onun yanındayam”. 








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi