Güləş Avropa Oyunlarının proqramında!

gules-avropa-oyunlarinin-proqraminda
Oxunma sayı: 644

O bildirib ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası bu növün Oyunların proqramında yer almasına heç vaxt etiraz etməyib: “Sadəcə, dünyada çoxlu idman tədbirləri olur. Məsələn, bu günlərdə atletika üzrə Avropa çempionatı keçirilirdi. Bizimlə işləyən xarici mütəxəssislər Avropa Atletika Federasiyasının yüksək rəhbərliyi ilə görüşü gözləyirdilər. Həmin görüş gələn həftə baş tutacaq və orada son nəticə əldə olunacaq”.

Nazirin fikrincə, son illər dünyada basketbolun 3X3 adlanan növünə böyük maraq yaranıb. Bu növün də Oyunların proqramında yer almasına müsbət rəy verilib: “3X3 qeyri-olimpiya növlərindən biri kimi proqrama daxil edilə bilər. Böyük basketbolun isə proqrama salınması üçün hazırda danışıqlar aparılır”.

Rəhimovun sözlərinə görə, Avropa Oyunlarının proqramında yer alacaq idman növlərinin tərkibinin müəyyənləşdirilməsi üçün martın 30-dək vaxt var. Hazırda proqrama salınmağa 18-19 namizəd idman növü var. O cümlədən, 7 qeyri-olimpiya növü öz namizədliyini verib və Oyunların proqramında yer alma arzusunu ifadə edib: “Amma biz onlardan 2-sini seçməliyik. Hazırda danışıqlar aparılır. Ən əsası odur ki, 20 ildən çox arzuladığımız Oyunları keçirə biləcəyik. Federasiyalar tərəfindən bu oyunlara böyük maraq var. Avropanın idman ictimaiyyəti arasında çox müsbət rəy mövcuddur. Deyə bilərik ki, bu işə çox uğurla başlamışıq. İnanırıq ki, Avropa Oyunları da çox uğurla həyata keçiriləcək”.