Günay Musayeva İstanbuldan qaçdı

gunay-musayeva-istanbuldan-qacdi
Oxunma sayı: 651

“Qafqazinfo”-nun Milli.Az-a istinadən verdiyi məlumata görə, İstanbulda havaların soyuq keçməsi hamiləliyinin beşinci ayını yaşayan həmyerlimiz Günay Musayevanı həyat yoldaşı, tanınmış aktyor Tolqa Karellə birlikdə Türkiyənin bu böyük şəhərindən qaçmağa vadar edib. "Qış fəslini nə qədər sevsəm də, belə soyuğa qarşı dözümlü deyiləm. Sağ olsun Tolqa, İstanbuldan "qaçış planımızı" dərhal reallaşdırdı. Və biz keçən həftəsonunu Türkiyənin kurort bölgələrindən biri kimi tanınan Sakarya şəhərinin Sapanaca rayonunda keçirdik. Yaxşıca istirahət edirəm. Türk hamamları, istirahət ocaqlarında şam yeməkləri, hər şey yüksək səviyyədədir. Hələ də buradayıq. İstanbulda havalar düzələn kimi yenidən evimizə qayıdacağıq", - Günay belə deyib.

Yeni ili də Türkiyədə qarşılayacağını vurğulayan model, hamilə olması səbəbindən təyyarəyə minmək icazəsi olmadığı üçün Bakıya nə zaman gələcəyi haqqında konkret tarix açıqlamayıb.

"Allahın izni ilə ana olduqdan sonra oğlumla birlikdə vətənimə gələrəm. Bakımız üçün burnumun ucu göynəyir. İnşallah, görüşənədək", - deyə Musayeva əlavə edib.
Sədan Bünyadova