Günaya bənzədilən müğənni - “Özümü əməliyyat etdirib…”

gunaya-benzedilen-mugenni
Oxunma sayı: 1081

“Azərbaycanın səsi” layihəsindən sonra solo karyerasına başlayan müğənni Cəmalə son günlər xarici görünüşü ilə gündəmə gəlib. Belə ki, Xəzər TV-də tez-tez qonaq olan ifaçını Günay İbrahimliyə bənzədirlər. 

“Qafqazinfo”nun məlumatına görə, həm Zaur Kamal, həm də Sevil və Sevinc bacıları Cəmaləni İbrahimliyə oxşadığını söyləyiblər.

“Günay mənim sevdiyim ifaçıdır, onu dinləyirəm və özüylə də şəxsən tanışam. Mən əməliyyat etdirib özümü Günaya oxşatmamışam ki? Allah belə yaradıb.Üz quruluşumuz bənzəyir. Nə qədər Günayı sevsəmdə istəmirəm yaddaşlarda Günaya oxşayan qız kimi qalım, adım var, Cəmalə! Bu adı hələ çox eşidəcəklər” - deyə gənc müğənni bildirib. 

İddialı açıqlamalar edən müğənni yeni "Yanıma gəl" adlı mahnısını da təqdim edib. Mahnının sözləri Elçin Məhərrəmova musiqisi Ruslan Səfəroğluna aranj. isə İsmayıl Əlizadəyə məxsusdur.