Günel Hümbətova ABŞ-a köçdü - Fotolar

gunel-humbetova-abs-a-kocdu
Oxunma sayı: 19302

Tanınmış aparıcı və bloqqer Günel Hümbətova Amerikaya köçüb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə ildir ki, Bakıda yaşayan Günel sənədlərində yaranmış problemi aradan qaldıraraq Nyu-Yorka gedib. 

Hətta aparıcı “facebook” sosial şəbəkəsində Nyu-Yorkda olduğunu bildirib və saat rejiminə öyrəşməkdə çətinlik çəkəcəyini qeyd edib. Onun sözlərinə görə, ABŞ-a birdəfəlik köçmür. Belə ki, ilin yarısını Bakıda, yarısını isə Nyu-Yorkda yaşayacaq. 

Xatırladaq ki, Hümbətovanın həyat yoldaşı Firuz Soliyev Amerikada yaşayır. Onlar 2015-ci ilin dekabrında ailə həyatı qurublar. Cütlüyün bu nikahdan Josefina adlı qız övladı var.