Gürcü deputatlardan rus həmkarlarına Bakı jesti

gurcu-deputatlardan-rus-hemkarlarina-baki-jesti
Oxunma sayı: 630

“Qafqazinfo”nun məlumatına görə, bu gün Bakıda keçirilmiş QDİƏT PM Baş Assambleyasının yekunlarına həsr olunmuş mətbuat konfarnsında bu təkliflə Gürcütsan nümayəndə heyətinin rəhbəri David Saqanelidze çıxış edib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Gürcütsan nümayəndə heyətinin rəhbəri D.Saqanelidze Rusiya nümayəndə heyətini gələn ilin oktyabr ayında Tbilisidə keçiriləcək qurumun iclasına dəvət edib.

O bildirib ki, hər iki ölkə arasında siyasi baxımından narazılıqlar ola bilər: “Amma QDİƏT iqtisadi formatda olan bir qurumdur. QDİƏT siyasi məsələlərə toxunmur və Qara dəniz ətrafındakı ölkələrin iqtisadi əməkdaşlığını təmin edir”. Gürcü həmkarının təklifinə münasibət bildirən Rusiyanın QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri Mixail Yemelyanov bunu müsbət qarşılayəb: “QDİƏT çərçivəsində Gürcüstanla əməkdaşlığa Rusiya tərəfi də maraqlıdır”.

O, Ermənistanın Azərbaycanın dəvət məktubunu itirməsinə eyham da vurub: “Biz sizin təklifi müsbət qəbul edirik və söz veririk ki, sizin dəvət məktubunuzu itirməyəcik”.

Hacı Aslan