Gürcüstan-Türkiyə sərhədi təmirə bağlanır

gurcustan-turkiye-serhedi-temire-baglanir
Oxunma sayı: 1750

Gürcüstanla Türkiyə arasındakı “Sarpi” gömrük-buraxılış məntəqəsi 13-15 noyabr tarxilərində fasilələrlə fəaliyyət göstərəcək.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Türkiyə tərəfindən sərhəd-keçid məntəqəsində təmir işləri başladığından 3 gün ərzində saat 12:00-dan 15:00-dək gömrük prosedurları aparılmayacaq.

Məhdudiyyətlər həm sərhədi keçmək istəyən vətəndaşlara, həm də yük daşımalarına aid edilir.