Gürcüstanda nazir Rusiya şüarına görə istefaya göndərildi

gurcustanda-nazir-rusiya-suarina-gore-istefaya-gonderildi
Oxunma sayı: 1921

Gürcüstanın Acarıstan Muxtar Respublikasının rəhbəri Tornike Rijvadze təhsil, mədəniyyət və idman naziri İnqa Şamilişvilini istefaya göndərib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, buna səbəb Batumidə bu gün qeyd edilən Müstəqillik günü yürüşündə “Rusiya” şüarlarının səslənməsidir. Belə ki, folklor festivalı zamanı Rusiyadan olan uşaq ansamblı üzərində “Rusiya” yazılmış plakat açıb və bir neçə dəfə ölkənin adını qışqırıb. Ansambl Batumidə təhsil nazirinin dəvəti ilə olub. 

Rijvadze baş verənlərə görə İnqa Şamilişvilini məsul bilib və onu istefaya göndərib.