Gürcüstanda tətil edən mədənçilər aclıq aksiyası keçirir

gurcustanda-tetil-eden-medenciler-acliq-aksiyasi-kecirir
Oxunma sayı: 705

Gürcüstanın Çiatura şəhərində ötən gündən tətil keçirən mədənçilərin bir hissəsi aclıq aksiyası elan edib.

"Qafqazinfo" xəbər verir ki, tətil səbəbindən şəhərdəki bir neçə mədəndə hasilat işləri tam dayandırılıb.

Aclıq aksiyası keçirən 20-yə yaxın mədənçi bildirib ki, tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklər.

Bəzi mədənçilər Çiatura şəhərinin girişində toplaşıb. Onlar mədənlərin məxsus olduğu “Gürcüstan manqanı” şirkətinin maşınlarının hərəkətinə imkan verməyəcəklərini bildiriblər.

Qeyd edək ki, bu gün hakim Gürcü Arzusu Partiyasının siyası katibi İrakli Qaribaşvili, Tbilisi meri Kaxa Kaladze və parlament sədri İrakli Kobaxidze Çiatura şəhərinə gedərək tətil keçirən mədənçilərlə görüşüblər. Onlar mədənçilərin əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması ilə bağlı tələblərinin ədalətli olduğunu bildiriblər.