Hacı Şahin sosial şəbəkələrdəki fotosundan danışdı - Foto

haci-sahin-sosial-sebekelerdeki-fotosundan-danisdi-foto
Oxunma sayı: 2946

İslamazeri.az İnternet Qəzetinə mövzu ilə bağlı münasibət bildirən Hacı Şahin özü məsələ barəsində belə deyib: "Əvvəla buna açıqlıq gətirim ki, mən QMİ-də heç bir vəzifəyə təyin edilməmişəm. Bunu birmənalı olaraq deyirəm"

İlahiyyatçı ikinci bir iddiaya isə belə cavab verib: "Ramazan bayramı zamanı bir sıra tədbirlər keçirilmişdi. Bunların arasında DQİDK tərəfindən təşkil olunmuş "Şəhidlər Xiyabanı" və "Fəxri Xiyaban"-ı ziyarət, həmçinin digər toplantılar da olmuşdu. Biz də protokola uyğun olaraq dəvətlilər arasında yer almışdıq. Amma mənim orada öndə durmağım, dua etməyim tamamilə yalandır."

Daha sonra Hacı Şahin bu şaiyələrin meydana çıxma səbəbi haqda deyib: "Burada açıq-aşkar görünür ki, dindarları oyuna çəkmək istəyirlər. Mənə elə gəlir ki, seçki ərəfəsidir deyə bəzi müxalif qüvvələr İmam Hüseyni(ə) yada salıblar. Ola bilsin kimlərsə elə düşünüblər ki, biz dindarların seçki qabağı onlara qoşulmasının qarşısını alacağıq. Bəlkə bizim maneə törədəcəyimizdən narahat olurlar."