Hadisə RTÜK-ə söz atdı

hadise-rtuk-e-soz-atdi
Oxunma sayı: 2144

Türkiyənin məşhur pop müğənnisi Hadisə İstanbulda konsert proqramı ilə çıxış edib. “Qafqazinfo” xəbər verir ki, ifaçı səhnədə  6 rəqqasə ilə iki saat ərzində şou göstərib. Müğənni konsertdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb. 

O bildirib ki,  “Farkımız var” adlı yeni klipində Türkiyə Radio və Televiziya Şurasından (RTÜK) çəkindiyi üçün qapalı geyinməyib:

“İstədiyim kimi bir klip çəkmişəm. Mən heç kəsdən qorxmuram. İstədiyimi də edərəm, azad bir qadınam. RTÜK də cəza verirsə, versin. Cəzalar mövzusunda onsuz ayrıseçkilik edilir. Qadınlar daha çox əzilir. Bir xanım sənətçinin rəqsi, bədəni, makiyajı çox müzakirə edilir”. 

Hadisə məşhur iş adamı Hakan Sabancı ilə Parisdə tətil etməsi barədə yayılan şayiələrə də münasibət bildirib:

“Mən bacımla istirahətə getmişəm. Orada tanış insnalarla rastlaşdım. Hakanla da orada qarşılaşdıq, əyləndik. Bu da tezcə xəbərə çevrildi. Mənim həyatımda kişi olsa, əlindən tutub qarşınıza çıxararam”.