Hakerlər iki milyon istifadəçinin məlumatını ələ keçiriblər

hakerler-iki-milyon-istifadecinin-melumatini-ele-keciribler
Oxunma sayı: 1160

“CCleaner” proqramı haker hücumuna məruz qalıb. Hakerlər istifadəçilərin məlumatlarına müdaxilə edə biliblər.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, zərərverici kod “CCleaner 5.33.6162” (avqustun 15-də çıxarılıb) proqramının 32 bitlik versiyasında və “CCleaner Cloud 1.07.3191” (avqustun 24-də çıxarılıb) versiyasında aşkar edilib.

12 sentyabr tarixində proqramın bu versiyalarının səhv işləməsi məlum olub.

Hər iki versiya təhlükəsizlik yeniləməsindən öncə kompüterin adını, IP ünvanını, quraşdırılmış proqram və şəbəkə adapterlərinin siyahısını ABŞ-da fəaliyyət göstərən xüsusi serverə göndərib.

Bu serverin fəaliyyəti sentyabrın 15-də hüquq-mühafizə orqanları tərəfindən dayandırılıb. Ehtimala görə, yoluxmuş versiyalar iki milyondan çox istifadəçi tərəfindən quraşdırılıb.