Hakerlərə 100 min dollar ödəndi

hakerlere-100-min-dollar-odendi
Oxunma sayı: 1193

“Uber” taksi şirkəti sistemlərinə hücum edən hakerlərə 100 min dollar ödəyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  ötən il kiber cinayətkarlar şirkətin sisteminə daxil olaraq 57 milyon müştəri, eyni zamanda sürücünün adılarını, telefon nömrələrini və  elektron ünvanlarını oğurlayıblar. 

Hadisədən xəbər tutan şirkət olayı səs-küysüz həll etmək  və əldə edilən məlumatları sildirmək məqsədilə hakerlərə 100 min dollar veriblər.

“Uber” hadisəni tam təsdiqləməsə də, müştərilərin kredit kart nömrələrinin oğurlanmadığını bildiriblər.

Aysel Kərimova