Hakimlərimizin biabırçı səhvləri - “Qarabağ” üçün 3 xal+Video

hakimlerimizin-biabirci-sehvleri
Oxunma sayı: 5156

Topaz Premyer Liqasının 4-cü turu başa çatdı. “Qafqazinfo” xəbər verir ki, Premyer Liqada nəticələrdən çox hakim qərarları yadda qalıb.

Açılış matçında “Qarabağ” evdə “Sumqayıt”ı qəbul edirdi. Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu qarşılaşmada hesabı açan tərəf idi. Matçın favoriti son dəqiqələrə kimi üstünlüyünü qoruya bildi. Lakin bunda az da olsa, hakimin “əməyi” var idi. Matçın 90+4-cü dəqiqəsində meydan sahiblərinin kapitanı Rəşad Sadıqov əllə oynasa da, baş hakim İnqilab Məmmədov penalti təyin etmədi.  

Epizodu sizə təqdim edirik:

Digər qarşılaşma isə “Neftçi” – “Keşlə” matçıdır. Bu qarşılaşmada da hakim səhvi oyunun 90+4-cü dəqiqəsində qeydə alınıb. Belə ki, “Keşlə”nin hücumu zamanı qapıçı Kamran Ağayev də rəqibin cərimə meydançasına daxil olub və qol vurmaqda komandasına kömək etmək istəyirdi. Lakin topu oğurlayan “Neftçi” futbolçuları əks-hücuma keçir və boş qapıya qol vururlar.

Lakin həmin epizodda Mirsahib Abbasov Baqali Daboya ötürmə verən zaman forvard ofsayda düşür. Çünki qapıçı olmadığı üçün “Keşlə” müdafiəsində yalnız 1 futbolçu var idi. Qaydalara görə isə rəqib hücumu zamanı müdafiədə olan komandanın ən azı 2 futbolçusu öz qapılarına daha yaxın olduğu halda ofsayd yoxdur. Əgər 1 futbolçu varsa, hücum edən digər futbolçu topdan öndədirsə, o zaman oyundankənar vəziyyət yaradır.

Maraqlısı budur ki, laysmanın qaydaları bilməməsi burda açıq-aşkar özünü göstərir. Amma oyunun baş hakimi Ramil Diniyev də qaydalardan birxəbər olduğunu təsdiq edir. Əks-halda o, laysmanın səhvini düzəldərdi. Çünki hücum zamanı Diniyev ötürməni verən Mirsahib Abbasovun yaxınlığında idi.

Bundan başqa “Keşlə”nin futbolçuları da qola etiraz etmir. “Neftçi”nin futbolçusu Mirsahib Abbasov Baqali Dabonun öndə olduğunu görə-görə ona ötürmə edir. Yaranan mənzərə odur ki, futbolçular da qaydalardan xəbərsizdirlər.

Qeyd edək ki, artıq AFFA Hakimlər Komitəsinə yeni sədr, avstriyalı Frits Stuxlik gətirilib. Azərbaycan çempionatını idarə edən hakimlər də qərarlarla Stuxlikə “xoşgəlmisiniz” deməyi bacardılar.