Hamı “Neftçi” yə inanır

hami-neftci-ye-inanir
Oxunma sayı: 774


 “Qafqazinfo” xəbər verir ki, son ölkə çempionumuz, ötən mövsüm Avro Liqanın qrup mərhələsinə vəsiqə qazanan “Neftçi” bu gün Albaniyanın” Skenderbeu” klubu ilə qarşılaşacaq. Arxada qoyduğumuz mövsümdə uğurlu çıxışı ilə Avropada adını eşitdirən “Neftçi”miz bu dəfə “Çempionlar Liqa”sında qrup mərhələsinə qalmağı planlaşdırır. Bunun üçün “ağ-qaralar”ən azından bu gün ilk addımı atmaldırlar. "Neftçi" Bakcell Arena”dan rəqibini evə əliboş göndərməlidir.  “Neftçi” ilə “Skenderbeu”ni müqayisə etdikdə təmsilçimizi  daha təcrübəli və güclü tərəf kimi qiymətləndirə bilərik.

Qeyd edək ki, bu görüşü Kiprdən  olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi  Leontios Trattou olacaq. 

Saat 21:00

“Neftçi”- “Skenderbeu” “Bakcell Areana” stadionu


İqbal