Hande bu dəfə Hadisəyə söz atdı

hande-bu-defe-hadiseye-soz-atdi
Oxunma sayı: 2255

Türkiyənin məşhur pop ulduzu Hande Yener həmkarı Hadisəyə söz atıb. “Qafqazinfo” xəbər verir ki, ötən gün İstanbulda görüntülənən sənətçi mətbuat nümayəndələrinin suallarını cavablandırıb. 

O, açıqlama verərkən Bodruma borca görə çimərliyi sökülən Hadisə barədə danışıb: “Başqalarının məkanları sökülür, bağlanır. Bu barədə məlumatınız var. Amma hər zaman çempion özüməm. Bu dəfə yay fəslində özüm çimərlik sahibi olacam”. 

Qeyd edək ki, Hadisə “Şampiyon” mahnısı oxuyaraq pop ifaçıları arasında birinci olduğunu iddia etmişdi. Bundan sonra, o, Demet Akalın və Gülşənlə H. Yenerə qarşı qruplaşma yaratmışdı.