Hansı icra başçıları işdən çıxarılıb? - Yenilənib

hansi-icra-bascilari-isden-cixarilib-yenilenib
Oxunma sayı: 940

“Qafqazinfo”nun məlumatına görə, bu gün isə hələ ki, rəsmən təsdiqlənməsə də daha bir neçə rayonun başçısının işdən çıxarldığı haqda məlumatlar yayılıb. Millət vəkili Siyavuş Novruzov jurnalistlərə açıqlamasında Şamaxının icra başçısı Asif Məmmədovun da tutduğu vəzifədən azad edildiyini deyib. Bu arada qeyd edək ki, A. Məmmədov millət vəkili İqbal Məmmədovun qardaşıdır.

Artıq sosial şəbəkələrdə və bir neçə saytlarda daha 3 icra başçısının vəzifəsindən azad olunduğu barədə xəbərlər yayılıb. Lakin bu xəbərlər hələlik rəsmi təsdiqini tapmayıb.

***
İndicə icra başçılarının işdən çıxarılması ilə bağlı “Qafqazinfo”ya rəsmi qurumlardan informasiya daxil olub. Məlumata görə, icra başçılarının işdən azad olunması ilə bağlı informasiyanın yalnız Şamaxı rayonuna aid hissəsi doğrudur.