“Harda görsəm, üzünə tüpürüb sillə vuracam” - Aktrisadan müğənniyə sərt ismarış

harda-gorsem-uzune-tupurub-sille-vuracam
Oxunma sayı: 6614

"Yeşilçam" ulduzu Fatma Girik keçmiş həyat yoldaşı Sinəm Gediyin müğənni İntizarla məhrəm görüntülərini yayan müğənni Mustafa Cecelini tənqid edib.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa Mustafanın bu hərəkətindən dəhşətə gəldiyini deyib:

"İntizarı tanımırdım. Qadın olduğunu öyrənəndə təəccübləndim. Bir insanın yataq otağına kamera yerləşdirmək alçaqlıq, tərbiyəsizlikdir! O, sənin uşağının anasıdır. Tutaq ki, o görüntüləri çəkdin, bəs mediada niyə yayırdın? Bu, o qadının seçimidir. Hadisələrin bu məcraya gəlməsində Mustafa günahkardır. Onsuz da, boşanmısan. İstər qadınla sevişər, istərsə də kişi ilə, sənə nə? Cecelini harda görsəm,  böyük bacısı olaraq üzünə tüpürüb, sillə vuracam".