Hava dəyişəcək

hava-deyisecek
Oxunma sayı: 646

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Qafqazinfoya verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər saatlarında duman və çiskin olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11 dərəcə şaxta olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Bu axşam və sabah ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir.