Hava limanında 100 kq heroin aşkarlanıb

hava-limaninda-100-kq-heroin-askarlanib
Oxunma sayı: 1540

Braziliyanın Rio de Janeyro şəhərindəki hava limanında külli miqdarda narkotik aşkalanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Globovision” kanalı məlumat yayıb.

Məlumata əsasən, gömrük xidmətinin əməkdaşları şübhəli yükü yoxlayan zaman onun içərisindən 50 kq partlayıcı maddə və 100 kq heroin aşkar ediblər.

Sözügedən yükün Çindən gətirildiyi bildirilir.

Qeyd edilir ki, yük ötən ilin sentyabrında sənədlərində problem olduğu üçün saxlanılıb.