Hava yağmursuz olacaq

hava-yagmursuz-olacaq
Oxunma sayı: 633

Mülayim cənub-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 1-3, gündüz 6-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Nigar Məmmədli