Havanın yağmursuz keçəcəyi gözlənilir

havanin-yagmursuz-kececeyi-gozlenilir
Oxunma sayı: 650

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.

Səhər Azərbaycanın qərb rayonlarında, gündüz isə şərq rayonlarında yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Gündüz əsasən yağmursuz hava şəraiti hökm sürəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14 şaxta olacaq.