Həbs olunan çempionumuzun məhkəməsi oldu

Həbs olunan çempionumuzun məhkəməsi oldu
Oxunma sayı: 1080

Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən sərbəst güləş üzrə Avropa çempionu Anar İsmayılovun  məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə A.İsmayılovun hadisəni törədərkən anlaqlı vəziyyətdə olub-olmamasını müəyyən etmək üçün məhkəmə psixatrik ekspertizası təyin olunub. 

O, 1 saylı Respublika Psixatriya Xəstəxanasına göndərilib. 

Proses qeyri-müəyyən müddətə təxirə salınıb. 

Qeyd edək ki, A. İsmayılov 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyaniyada keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi