“Heç kimi aldada bilməyəcəklər”

hec-kimi-aldada-bilmeyecekler
Oxunma sayı: 643

“Qafqazinfo xəbər verir ki, bunu yap.org.az saytına «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, Ermənistan hakimiyyəti Azərbaycanın diplomatik uğurlarından ciddi narahatlıq keçirirlər. Buna görə də, müxtəlif təkliflərlə çıxış edir və parlamentə məlum qanun layihəsini təqdim edirlər. «Bu cəhdlərin heç bir mənası yoxdur. Çünki Azərbaycan öz mövqeyində ədalətlidir. Mövcud münaqişənin səbəbkarı Ermənistandır. Əgər bu dövlət Azərbaycanın torpaqlarını işğal etməsəydi, bir milyondan çox insanı hərbi təcavüz nəticəsində öz torpaqlarından çıxarmasaydı bu münaqişə də yaranmazdı. Ermənilər başa düşməlidir ki, müxtəlif yollarla əl atmaqla, yalan bəyanatlar verməklə heç kimi aldada bilməyəcəklər. Çətin durumda olan Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımaq iqtidarında da deyil. Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək. Ermənistan bu reallığı anlamalı və qəbul etməlidir».