Həftəsonu atmosfer təzyiqi xeyli enəcək

heftesonu-atmosfer-tezyiqi-xeyli-enecek
Oxunma sayı: 645

Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 6-9, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da sabah bəzi yerlərdə duman, çiskin olacağı, cənub rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 10-15, dağlarda gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 23-də Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olması və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. Noyabrın 24-25-də atmosfer təzyiqinin xeyli enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Nigar Məmmədli