“Hər xanım – Bir gül”

her-xanim-bir-gul
Oxunma sayı: 715

8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə həyata keçirilən aksiya zamanı Qoruq ərazisinin 3 əsas mərkəzi giriş qapılarında (Qoşa Qala, Neftçilər prospekti və “İçərişəhər” metro stansiyası) skripkaçı və 2 pantomima aktyoru tərəfindən İçəri Şəhər ərazisinə daxil olan xanımları qarşılayıb musiqinin müşayiəti ilə hət xanıma bir gül təqdim ediləcək.

Saat 11:00-dan etibarən başlayacaq tədbirin saat 14:00-dək davam etməsi nəzərdə tutulub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 8 mart-Beynəlxalq Qadınlar günü münasibətilə bütün xanımları təbrik edir.