Hərbi kəşfiyyatın xüsusi təyinatlılarının rəhbəri öldürüldü - Video

herbi-kesfiyyatin-xususi-teyinatlilarinin-rehberi-olduruldu
Oxunma sayı: 645

Ukrayna Müdafiə Nazirliyinin yüksək vəzifəli zabitinin avtomobili partladılıb.

“Qafqazinfo” “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi kommunikasiya idarəsinin direktoru Artyom Şevçenko bildirib.

İnsident səhər saat 09:15-də Kiyevin Solomensk rayonu ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobildə baş verən partlayış nəticəsində sürücü ölüb. Onun Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının komandiri, 1978-ci il təvəllüdlü Maksim Şapoval olduğu açıqlanıb.

Hadisə terror aktı kimi qiymətləndirilib.