“Hərbi xərclərə qarşı qlobal hərəkat günü” dünyada qeyd olunub

herbi-xerclere-qarsi-qlobal-herekat-gunu-dunyada-qeyd-olunub
Oxunma sayı: 927


Dünyanın 100-ə yaxın təşkilatının nümayəndəsi qatılan “Hərbi Xərclər və onların BMT-nin məqsədləri ilə əlaqələri” adlı bu ilki tədbir Stokholm Beynəlxalq Sülh tədqiqatı institutunun illik statistik göstəricilərə əsasən keçirilib. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, BSB-nin Ali Şurasının üzvü Umud Rəhimoğlu məlumat verib.
Onun sözlərinə görə, GDAMS 2011-ci ildə BSB və Siyasətşünaslıq institutu tərəfindən yaradılıb. Məqsədi dünyanın müharibəsiz görməyə nail olmaqdır.

Seminarın moderatoru Silahların azaldılması üzrə konfransın Baş Katibinin müavini və Cenevrə bölməsinin Tərkisilahlıq işləri ofisinin direktoru Jarmo Sareva, spikerlər isə Silahların azaldılması üzrə konfransın katib əvəzi və BMT-nin Cenevrədəki ofsinin direktor əvəzi Mixail Müller (Michael Møller), Stokholm Beynəlxalq Sülh tədqiqatı İnstitutunun təmsilçisi Helen Viland – Wilandh, Beynəlxalq Sülh Bürosunun Baş Katibi Colin Archer və bərabər beynəlxalq qayda və demokratiyanın təşviqi üzrə BMT-nin İnsan hüquqları Şurasının azad eksperti Prof. Alfred de Zayas olublar.

Gün ərzində bütün dünyada “Hərbi xərclərə qarşı qlobal hərəkat günü” ilə bağlı müxtəlif tədbirlər keçirilib və hərbi xərclərin insanların ehtiyacına sərf edilməsi ilə bağlı mesaj müxtəlif mesajlar verilib. 

Stokholm Beynəlxalq Sülh Tədqiqatı İnstitutu global hərbi xərclər üzrə statistikası elan edərkən məlum olub ki,  2012-ci ildə hərbi xərclər 1.75 trilliondur.