Həyat yoldaşını çəkiclə yaraladı

heyat-yoldasini-cekicle-yaraladi-
Oxunma sayı: 642

Yanvarın 10-u saat 03:00 radələrində Yeni Qala qəsəbəsində yaşayan Sərvər İsgəndərov ailə münaqişəsi zəminində həyat yoldaşı Səfa Mədət qızına başından çəkiclə vuraraq xəsarət yetirib, yaralı 3 saylı xəstəxanaya daxil olub. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.İsgəndərov tutulub.

Yanvarın 10-u saat 12:00 radələrində Vaqif Yusubov Novxanı bağlar massivindəki evinə pəncərədən keçməklə ev əşyaları, məişət avadanlıqları və tikinti materialları oğurlayan, əvvəllər məhkum olunmuş Natiq Məmmədov Binəqədi RPİ CAŞ və PPXB əməkdaşları tərəfindən tutulub.

Yanvarın 7-nə keçən gecə Naxçıvani küçəsində yerləşən, Musa Rüstəmova məxsus «TOPAZ» klubundan qapını sındırma yolu ilə 640 manat, 2 ədəd uduş kuponu və kassa aparatı oğurlayan Eyyub Əliyev və Mirsəməd Qiyasov yanvarın 10-da Yasamal RPİ CAŞ və 27-ci PB əməkdaşları tərəfindən yaxalanıblar.

Yanvarın 10-nu saat 21:00 radələrində Maştağa qəsəbəsi ərazisində Vüqar Cəbrayılov idarə etdiyi, 107 saylı marşrut üzrə hərəkət edən «Daewoo» markalı avtobusla Mikayıl Rzayevi vurub, piyada hadisə yerində ölüb.

Yanvarın 10-nu saat 07:00 radələrində Gəncə prospektində Tofiq Məmmədov idarə etdiyi «Mersedes» markalı mikroavtobusla Dürdanə Sultanovanı vurub, piyada hadisə yerində ölüb.

Yanvarın 9-u saat 01:30 radələrində Asim Musayev kəsilmiş-deşilmiş xəsarətlərlə Binəqədi şossesi 1-in qarşısından KTM-ə daxil olub. Binəqədi RPİ CAŞ və 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Musayevə ağır bədən xəsarəti yetirən Bakı şəhər sakini Hilal Bayramov yanvarın 10-da tutulub.