Həyəcanlanan sürücünün maşınından avtomat çıxdı

Həyəcanlanan sürücünün maşınından avtomat çıxdı
Oxunma sayı: 3659

Yol polisinin əmrinə tabe olmayan sürücünün maşınında silah var imiş.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, iyulun 10-da saat 12 radələrində Şəmkir rayonu ərazisində “BMW” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda ona “Saxla” işarəsi verilib. Lakin sürücü tabeçilik göstərməyərək hərəkətə davam edib.

Həmin avtomobil Könüllü kəndi ərazisində məcburi qaydada dayandırılıb. Sənədlərini təqdim etmək tələb olunarkən sürücü və sərnişinin şübhəli davranışları, həyəcanlı halda olmaları yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb.

Avtomobilin yük yerinə baxış zamanı oradan “AKM” markalı silah və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini A.Hüseynov və sərnişini olan qardaşı H.Hüseynov saxlanılaraq aidiyyəti üzrə təhvil veriliblər. Araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi