“Heyranlığa layiq dünya əhəmiyyətli xadimdir...” -

heyranliga-layiq-dunya-ehemiyyetli-xadimdir-
Oxunma sayı: 1708


O bildirib ki, Mehriban Əliyeva həmişə dialoq və mədəniyyətlərarası qarşılıqlı münasibətlərin tərəfdarı olub.

ISESKO-nun baş direktoru qeyd edib ki, Mehriban Əliyevanın Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Foruma göstərdiyi dəstək forumun nəcib məqsədlərinə çatmaqda əsas amillərdəndir: “Bütün əvvəlki forumlarda iştirak etmək şərəfinə layiq görülmüşəm və deyə bilərəm ki, onların hamısı yaxşı təşkil olunmuş, məhsuldar keçmiş və dünyanın bir çox yüksək vəzifəli xadimlərini cəlb etmişdir”.

Doktor Əbdüləziz bin Osman əl-Tüveycri həmçinin Birinci Avropa Oyunlarının keçirilməsində Mehriban Əliyevanın rolunu vurğulayıb: “I Avropa Oyunları uğurla keçirildi və Azərbaycanın belə böyük tədbirləri təşkil edə bilmək qabiliyyətini göstərdi. Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri və onun komandası Oyunlarda iştirak edən və yarışları ekranlardan izləyənləri heyrətə salan, bütün dünyanın marağına səbəb olan tədbir nümayiş etdirə bildi”.

O bildirib ki, bu tarixi tədbirdə fəxri qonaqlar arasında olmaq şərəfinə layiq görülüb və bir çoxları kimi mərasimin gözəlliyi və mükəmməlliyinə heyran qalıb.

Doktor Əbdüləziz bin Osman əl-Tüveycri həmçinin Vatikanda Müqəddəs Taxt-Tac ilə bağlı layihələrdə Mehriban Əliyevanın iştirakını yüksək qiymətləndirib: “O, dialoq, inkişaf və humanitar fəaliyyətin bir çox sahələrində çalışır və Müqəddəs Taxt-Tac ilə bağlıl layihələrdə iştirak etməsi, bu çərçivədəki fəaliyyəti onun şəxsiyyətini əks etdirir. Bu, şübhəsiz, müasir, tolerant və konstruktiv ölkə kimi Azərbaycanın əsl simasını bütün dünyaya nümayiş etdirir”.

O bildirib: “Düşünürəm ki, artıq Azərbaycanın birinci xanımı hörmət və heyranlığa layiq dünya əhəmiyyətli xadimdir”.

“Qafqazinfo”