Hillari Klinton Obamaya qəsd hazırlayıb?

hillari-klinton-obamaya-qesd-hazirlayib
Oxunma sayı: 933


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bunu Pentaqonun keçmiş başçısı, bu günlərdə Obamanı “uğursuz xarici siyasətə görə”  kəskin tənqid eləmiş Leon Panettanın davranışı sübut edir.    

Amerikalı siyasi texnoloq Dik Morrisin sözlərinə görə,  Panettanın gördüyü iş – Hillari üçün sifarişli qətldir, zərbədir. “Obamanın kabinetində müzakirələri hərtərəfli və doğru təsvir eləməklə o, Klintonu uduş fonunda təqdim edir, Obama isə bu zaman pis görünür. Mən düşünürəm ki, o, öz mükafatını göylərdə alacaq” – deyib Morris.

Xatırladaq ki, ötən çərşənbə axşamı Panetta Yahoo News-a müsahibəsində  Barak Obamanı Birləşmiş Ştatlara etimadı sarsıtmaqda, qətiyyətsizlikdə və çoxlu səhvlər buraxmaqda suçlamışdı.