Hindistanda xəstəxanada yanğın - 6 ölü, 147 yaralı

hindistanda-xestexanada-yangin
Oxunma sayı: 650

Hindistanın Mumbay şəhərində Kamqar Dövlət Xəstəxanasında yanğın baş verib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, nəticədə 6 nəfər ölüb, 147 nəfər yaralanıb.

Qısa müddətdə binaya yayılan alovların qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.