Hindistanda yeni prezident seçildi

hindistanda-yeni-prezident-secildi
Oxunma sayı: 652

Hindistanda bazar ertəsi günü keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, seçkinin nəticələrinə əsasən, Hindistan Xalq Partiyasının namizədi Ram Natx Kovind ölkənin yeni prezidenti olub.

Səslərin 65,65 faizini toplayan Kovind ölkənin 14-cü prezidenti olub. Onun rəqibi Meyra Kumar isə 34,3 faiz səs toplayıb.

71 yaşlı Kovind Hindistanın 14-cü, “toxunmazların” aşağı kastasından – “dalitlər”dəndir. O, 16 il Dehlinin Ali Məhkəməsi və ölkənin Ali Məhkəməsində vəkil işləyib və 2015-ci ilin avqustunda Bihar ştatına qubernator təyin edilib. Kovind İslam əleyhinə olan Milli Könüllülər Birliyinə yaxınlığı ilə də tanınır.

Qeyd edək ki, hazırki Prezident Pranab Mukercinin səlahiyyətləri iyulun 24-də başa çatacaq.