Hokinq bəşəriyyətin Yeri nə vaxt tərk etməli olduğunu söylədi

hokinq-beseriyyetin-yeri-ne-vaxt-terk-etmeli-oldugunu-soyledi
Oxunma sayı: 758

Tanınmış britaniyalı astrofizik Stiven Hokinq bəşəriyyət Yer kürəsini nə vaxt tərk etməli olduğu barədə danışıb.

“Qafqazinfo” “The Telegraph”a istinadən xəbər verir ki, astrofizik yaxın 30-50 il ərzində bəşəriyyətin Ay və Mars baza qurmasının vacib olduğunu vurğulayıb.

Fizik bu barədə Norveçdə IV Starmus incəsənət və elm Festivalında çıxışı zamanı söyləyib.

“Mən əminəm ki, insanlara Yeri tərk etmək lazımdır. Planetimizdə bizim üçün yer azalır və resurslar çox sürətlə tükənir”,-deyə Hokinq əlavə edib.