Homoseksual Osmanlı sultanının ən yaxın dostu "oldu"

homoseksual-osmanli-sultaninin-en-yaxin-dostu-quotolduquot
Oxunma sayı: 5754

“Androgen model” ləqəbli Andrej Pejik Osmanlı tarixindən bəhs edəcək “Fateh” serialında oynayacaq.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bioloji olaraq kişi olan, incə və zərif cizgilərinə görə həm kişi, həm də qadın moda dəfilələrinə qatılan Andrej “Kanal D”də yayımlanacaq “Fateh” serialında Drakulanın qardaşı Radunu canlandıracaq. O, hər bölümə 5 min dollar qazanacaq.

Serb modelin canlandıracağı “Gözəl Radu” türklər tərəfindən “Kazıklı Voyvoda”, qərblilər tərəfindən isə “Kont Drakula” adlandırılan Vlad Tepeşin qardaşıdır. Uşaq ikən Osmanlı himayəsinə verilən iki qardaş  onlarla eyni yaşda olan Sultan Fateh Mehmetlə birlikdə böyüyürlər.  Daha sonra qəddarlığına görə “Kazıklı Voyvoda” ləqəbi verilən Vlad Fatehin düşməni, Radu isə ən etibar etdiyi dostlarından biri olur.