İcra başçısı ASAN könüllüləri ilə görüş keçirib

icra-bascisi-asan-konulluleri-ile-gorus-kecirib
Oxunma sayı: 1529

Binəqədi rayon İcra Hakimiyyətində 4 may tarixindən etibarən təcrübə keçən 13 – cü qrup ASAN könüllüləri ilə görüş keçirilib.

"Qafqazinfo" xəbər verir ki, görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdiri Elman Dadaşov və 13-cü qrup ASAN könüllüləri iştirak ediblər.

Görüşü açıq elan edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasbətilə təbrik edib. Natiq qeyd edib ki, Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Heydər Əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan edib.

Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat veriblər.