İcra başçısı dolunun düşdüyü Hacıkənddə - Fotolar+Video

icra-bascisi-dolunun-dusduyu-hacikendde
Oxunma sayı: 1344

Xəbər verdiyimiz kimi, güclü dolu Gəncənin Hacıkənd qəsəbəsində 126 evdən 114-nün dam örtüyünün, pəncərələrin qırılmasına səbəb olub, bəzi evlərə sel suları dolub. Qoşa bulaq yararsız hala düşüb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hacıkənd qəsəbəsində olub, təxirəsalınmaz tədbirlərin görülməsi üçün göstərişlərini verib. 

Dəyən ziyanın miqdarını müəyənləşdirmək və fəsadları aradan qaldırmaq üçün şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri Hacıkənddə tədbirlərə başlayıb.