İcra başçısı hadisə yerində - 67 ailə Bayıldan köçürüldü

İcra başçısı hadisə yerində
Oxunma sayı: 8185

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə sahəsində yaşayan sakinlərin  köçürülməsinə başlanılıb.
 
“Qafqazinfo”nun məlumatına görə, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün əraziyə baş çəkərək sakinlərlə görüşüb.

İcra başçısı baş nazirin müavini Abid Şərifovun tapşırığına əsasən, əhaliyə göstəriş verib ki, təhlükəsizlikləri üçün evlərində gecələməsinlər.

Məlumata görə, artıq 67 ailə sürüşmə zonalı ərazidən köçürülərək qohumlarının evlərinə və 49 saylı orta məktəbə yerləşdiriliblər. 

Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi