İcra başçısı hərbçilərlə görüşdü

icra-bascisi-herbcilerle-gorusdu
Oxunma sayı: 1337

Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və incəsənət xadimləri  Müdafə Nazirliyinin Bərdə korpusunun “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüş keçiriblər.

Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, onlara bayram sovqatları çatdırıblar. 

Təntənəli görüşdə çıxış edən  İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. 

Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb.

Sonra respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunub. 

Konsertdə Nəsimi rayon İcra Hakimiyyətinin təşəbbüsü  və dəstəyi ilə yeni yazılmış, sözləri  şair Zahid Əzizə, musiqisi isə gənc bəstəkar Elvin Muxtara məxsus olan “ Azərbaycan Əsgəri” mahnısının təqdimatı da olub.