İcra başçısı kənddə görüş keçirdi

icra-bascisi-kendde-gorus-kecirdi
Oxunma sayı: 1717

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Sütəmurdov kəndində keçirib. 

“Qafqazinfo” xəbər verir ki, icra aparatı rəsmilərinin, hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirak etdikləri görüşdə vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər yerindəcə araşdırılıb. 

Qəbul zamanı çıxış edən ayrı-ayrı sakinlər son illər ərazidə yolun asfaltlanmasını, turizmin və sitrusçuluğun inkişaf etdirilməsini, mənzillərə içməli su xəttinin çəkilməsini, yeni məktəb binasının təbii qazla təmin olunmasını, mənzillərə təbii qazın və elektrik enerjisinin fasiləsiz verilməsini, eyni zamanda, Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək göstərilən davamlı diqqətə görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər. 

Görülmüş işlərlə yanaşı, Sütəmurdov inzibati ərazi dairəsində sosial-iqtisadi inkişafla bağlı bir sıra təkliflər də irəli sürülüb.

Prezident Administrasiyasının Ərazi-təşkilati məsələlər şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxışında ölkəmizdə Xalq-İqtidar birliyinin gündən-günə möhkəmlənərək inkişaf etdiyini, vətəndaşların respublikada baş verən prosesləri düzgün qiymətləndirdiyini bildirib və lənkəranlıları dövlət başçısının ətrafında daha da sıx birləşməyə çağırıb.