İctimai Palata Fransaya etiraz etdi

ictimai-palata-fransaya-etiraz-etdi
Oxunma sayı: 637

Fransa parlamentinin təşəbbüsündən narahatlıq ifadə edilir və bunun Fransa-Türkiyə münasibətlərilə birgə Fransa-Azərbaycan münasibətlərinə də mənfi təsir edəcəyi bildirilir. XX əsrin əvvəllərində baş vermiş hadisələrə tarixçilərin qiymət verməsi, ortaq tarix komissiyasının yaradılması ideyasının bəyənildiyi nəzərə çatdırılır. Bununla yanaşı müəlliflər yaxın tarix olan Xocali faciəsinin də araşdırılmasını təklif edirlər.

Sənəddə qanun qəbul edildiyi halda Fransanın Qarabağ münaqişəsinin həllindəki vasitəçilik missiyasına kölgə düşəcəyi xəbərdarlığı edilir. Son olaraq müəlliflər Fransa-Türkiyə və Fransa-Azərbaycan münasibətlərinin soyumaması üçün Fransa parlamentini qanunu müzakirə və səsverməyə çıxarmamağa çağırır.