İğtişaşlar zamanı 32 etirazçı xəsarət alıb

igtisaslar-zamani-32-etirazci-xesaret-alib
Oxunma sayı: 685

Venesuelada prezident Nikolas Maduro əleyhinə aksiyalar davam edir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, paytaxt Karakasda son iğtişaşlar zamanı 32 nəfər xəsarət alıb. Polis və Milli qvardiya bölmələri etirazçılara qarşı xüsusi texnika, gözyaşardıcı qaz və şırnaqlarından istifadə edib. 

Qeyd edək ki, iğtişaşlara səbəb Venesuela prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin arasında yaranan gərginlik olub. Belə ki, martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, müxalifətçilər Ali Məhkəmə üzvlərinin istefasını tələb edirlər. Yeni etiraz aksiyalarına səbəb isə Konstitusiya Assambleyasının çağırılması olub. Müxalifət isə bunu dövlət çevrilişi kimi qiymətləndirib.