İki ailə arasında it üstündə dava - 2 ölü, 5 yaralı

iki-aile-arasinda-it-ustunde-dava
Oxunma sayı: 642

Türkiyənin Şanlıurfa bölgəsində it üstündə iki ailə arasında mübahisə qanla bitib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, iki ailə arasında itə sahib olmaq üçün mübahisə düşüb. Silahlı atışma nəticəsində 2 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb.

Polisin nəzarətə götürdüyü ərazidə iki odlu tüfəng tapılıb.

Hadisə ilə bağlı artıq 3 nəfər saxlanılıb.