İki avtomobil toqquşdu, xəsarət alan var

iki-avtomobil-toqqusdu-xesaret-alan-var
Oxunma sayı: 797

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində 2 avtomobil toqquşub. Nəticədə 1986-cı il təvəllüdlü Rövşən Quliyev xəsarət alıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır. Faktla bağlı araşdırma aparılır.

Elmar Əli