İki həftə sonra boşanırlar

iki-hefte-sonra-bosanirlar
Oxunma sayı: 2660

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal iki həftə sonra boşanır. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Duymayan Kalmasın” proqramında məlumat verilib. 

Verilişin aparıcısı Seren Serengil müğənni ilə telefonla danışdığını, boşanmağı barədə yayılan xəbərləri təsdiq etdiyini bildirib:

“Onunla dünən danışmışıq. Eminaya sevgi və hörmətindən bəhs etdi. Amma münasibətlərində çatların əmələ gəldiyini, iki həftə sonra boşanacağını dedi”. 

Qeyd edək ki, Mustafa və Emina ilə 2008-ci ildə evlənib. Cütlüyün 2 uşağı var.