İkinci “Fərat qalxanı” əməliyyatı başlaya bilər - Ərdoğandan xəbərdarlıq

ikinci-ferat-qalxani-emeliyyati-baslaya-biler
Oxunma sayı: 646

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PYD/YPG tərəfindən sərhəd məntəqələrinə edilən hücumlara cavab veriləcəyini açıqlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan PYD/YPG-nin hücumları davam edəcəyi təqdirdə “Fərat qalxanı”na bənzər əməliyyatın başlayacağını söyləyib:

“Çox təəssüf ki, bəzi strateji tərəfdaşlarımız terror təşkilatları ilə birlikdə hərəkət edirlər. PYD/YPG terror təşkilatıdır. Bunu onlar da bilməlidir. Əgər sabah onlar sərhədimizdə təhlükəli vəziyyətə gələrlərsə, onlara müdaxilə etmək üçün heç kimlə məsləhət aparmayacağıq”.

Qeyd edək ki, Türkiyə ordusu 24 avqust 2016 – 29 mart 2017 aralığında Suriya ərazisində İŞİD-ə qarşı “Fərat qalxanı” əməliyyatı həyata keçirmiş və sərhəd ərazilərini terrorçulardan təmizləmişdi.