İlham Əliyev Avropa Komissiyasının vitse-prezidentini qəbul edib

ilham-eliyev-avropa-komissiyasinin-vitse-prezidentini-qebul-edib
Oxunma sayı: 641

Siim Kallas İlham Əliyevi Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik edib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub, əlaqələrimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Görüşdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, eyni zamanda TRASEKA proqramı çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.