İlham Əliyev hicabdan danışdı

ilham-eliyev-hicabdan-danisdi
Oxunma sayı: 786

“Qafqazinfo”nun məlumatına görə, Rusiyanın “Rossiya” telekanalının “Vesti v subbotu” proqramında Azərbaycan prezidenti İlham Əliyevin müsahibəsi nümayiş etdirilib. Verilişin əvvəlində Azərbaycanın dövlət başçısının 50 illik yubileyinin qeyd olunduğu bildirilib, onun barəsində məlumat verilib.
Müsahibə hicabla bağlı sualla başlayıb. Aparıcı Sergey Brilyov prezidentdən bu barədə soruşub ki, Azərbaycanın cənubunda hicab vacibdir, ölkədən şərqində isə, məsələn işdə namaz qılınmasına qadağa tətbiq edilir. “Biz heç bir yerdə qadağa tətbiq etmirik. Bizdə qadağa yoxdur. Hər kəs istədiyi kimi inkişaf etmək hüququna malikdir. Və bu istənilən adamın hüququdur”, - İlham Əliyev cavab verib.

Dövlət başçısı mərhum atası Heydər Əliyev barədə də danışıb və deyib ki, Heydər Əliyev üçün dekommunizasiya yox, Azərbaycanın müstəqillik qazanması daha vacib olub.

Siyasi məsələlərə gəldikdə isə, prezident İlham Əliyev Türkiyənin bölgədəki roluna toxunub: “Türkiyə bizim yaxın müttəfiqimizdir. O, demokratik ənənələri olan müsəlman ölkəsi kimi demokratik prinsiplərin heç vaxt olmadığı Yaxın Şərq ölkələri üçün cəlbedicidir”.

Sədan Bünyatova