İlham Əliyev Medvedyevə cavab verdi

İlham Əliyev Medvedyevə cavab verdi
Oxunma sayı: 161

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Məlumatı “Rossiya 24” telekanalı yayıb.

“Rusiya ATƏT çərçivəsində ABŞ və Fransa ilə birgə münaqişə tərəflərinə problemin həllinin axtarışında kömək edir”, - Lavrov azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransında deyib.

Azərbaycanın xarici işlər naziri hesab edir ki, danışıqlar prosesində heç də hər şey Azərbaycandan asılı deyil.

“Biz həmin təkliflərə Ermənistanın cavabını gözləməliyik, lakin hesab edirik ki, danışıqlarda irəliləyiş var, biz tədricən hamının hazırkı vəziyyətin heç kimi, eləcə də qonşularımızı qane etmədiyini anlayacağı həddə doğru irəliləyirik”, - Məmmədyarov deyib.

Elmar Məmmədyarovun sözlərinə görə, region üçün, ilk növbədə həm Azərbaycan, həm də Ermənistan üçün sabitlik vacibdir.

Azərbaycanın XİN rəhbəri deyib ki, Kazan görüşü irəliyə doğru addım olub, müzakirələrin konkret problemlər üzrə aparıldığı nəzərə alınarsa, bəzi problemlər üzrə irəliləyiş hiss olunur.

“Ümumilikdə hesab edirik ki, biz bundan sonra da hələ razılaşdırılmayan mövzular üzrə müzakirələri davam etdirməliyik. Biz hüquqi sazişin - sülh müqaviləsinin müzakirəsinə başlamalıyıq. Vaxt çatıb! - o deyib. - Sülh müqaviləsi danışıqların final mərhələsinə daxil olmaq barədə ciddi siqnal olacaq”.

Lavrovun sözlərinə görə, Rusiya tərəfi Azərbaycan Prezidentinin Prezident Medvedyevin təklifinə cavabını öyrənəcək.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya üçün prioritetdir. Baza prinsipləri layihəsi tərəflərin sülh sazişi üzərində işləmək niyyətindən başlayır. Bizim səylərimiz hər iki ölkə ilə münasibətlərimiz kontekstində və ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində davam edəcək”, - Lavrov deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 8-də Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyana RF Prezidenti Dmitri Medvedevin təklif və məktubunu təqdim edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi